Boris Consondan AÇIQLAMA
03.11.2021
Böyük Britaniyanın Baş naziri Boris Conson Şotlandiyanın Qlazqo şəhərində bir çox dünya liderini və minlərlə nümayəndənin toplandığı 26-cı BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) müəyyən irəliləyişlərin əldə edildiyini bildirib.
DM HABER GLOBAL-a istinadən xəbər verir ki, konfrans çərçivəsində təşkil edilən liderlər zirvəsi sonrası etdiyi açıqlamada, iqlim dəyişikliyi ilə mübarizə üçün indiyə qədər verilən ən böyük maliyyə öhdəliklərinin olduğunu ifadə etdi.
Londona qayıdan Conson "Dünya liderləri gedəcəklər, lakin dünyanın gözü bizim danışıqlarda olacaq” dedi.