Seldə 8 nəfər həyatını itirib
21.08.2018
İtaliyanın cənubunda şiddətli yağışların səbəb olduğu seldə 8 nəfər həyatını itirib.
Anadolu informasiya agentliyi xəbər verir ki, İtaliya Mülki Müdafiə İdarəsi Kalabria bölgəsindəki yürüş sahəsi kimi tanınan parkda meydana gələn sel səbəbindən 8 nəfərin öldüyünü açıqlayıb.
Selin baş verdiyi zaman bir çox adamın ərazidə məşqdə olduğu və hələ neçə nəfərin selə düşdüyü barədə dəqiq bir məlumat olmadığı qeyd edilib.
Ölü sayının artacağı böyük narahatlıq doğurur.