21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yol hərəkəti qaydalarını pozan əcnəbilər cərimələnmir?

02.11.2021

 "Azərbaycanın "Yol Hərəkəti Haqqında Qanun”u vətəndaşlarımızla yanaşı respublika ərazisindən tranzit keçən, müvəqqəti olan (viza rejimi əsasında, vizada göstərilən müddət ərzində və vizasız rejimdə müəyyən olunmuş müddətə), müvəqqəti yaşayan, daimi yaşayan, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə eyni hüquqi qüvvədədir”.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

"Burdan da aydın olur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə, qanun qarşısında hər kəs hüquq çərçivəsində bərabər vəzifələri və məsuliyyəti daşıyır. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə törətdikləri inzibati xətalara əsasən, Azərbaycan Miqrasiya Məcəlləsinin 17-ci maddəsinə uyğun olaraq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdən getməsinin müvəqqəti məhdudlaşdırılması qaydaları nəzərdə tutulur. Həmin maddənin 17.1.7-ci bəndində bu kateqoriyadan olan şəxslərin inzibati xəta törətdikdə inzibati tənbeh tədbirləri icra edilənədək ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisini tərk etdikdən sonra barəsində qüvvədə olan inzibati məsuliyyətinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətdən yayınması halları olduqda onun ölkə ərazisinə daxil olarkən aidiyyəti dövlət orqanının vəsatəti və məhkəmənin qərarına əsasən qanunvericiliyin tələbləri çərçivəsində həmin şəxsin ölkə ərazisinə girişinə məhdudiyyətin qoyulması həyata keçirilə bilər. Bunun üçün də hüquqi statusundan asılı olmayaraq, hər bir şəxsin yaşadığı ölkənin qanunlarına hörmətlə yanaşması zəruridir.

Heç kim unutmamalıdır ki, qanunları bilməmək onları məsuliyyətdən azad etmir. Hər bir kəsin qanunvericiliyin tələblərinə əməl etməsi, xüsusilə yol hərəkəti qaydalarına riayət etməsi şəxsin özünün və ətrafındakı insanların həyat və sağlamlığını etibarlı şəkildə qoruyur və onu məsuliyyətdən azad edir”, - o vurğulayıb.