İsrailli nazir vacib səbəbdən BMT konfransında iştirak edə bilməyib.
02.11.2021
İsrailin energetika naziri Karine Elharrar Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına (COP26) qatıla bilmədiyini, konfrans məkanının əlil arabası üçün nəzərdə tutulmaması ilə izah edib.
DM HABER GLOBAL-a istinadən xəbər verir ki, nazir Elharrar bu mövzuda şikayətini dilə gətirib.
Elharrar bir televiziya kanalına verdiyi müsahibədə konfrans məkanına çatmaq üçün yeganə yolun bu yol olmadığını bildirərək, sabaha qədər bir həll yolu tapılacağına ümid etdiyini bildirib.