Daha bir məktəbdə karantin müddəti uzadıldı
01.11.2021
Bakı şəhəri "Ankara məktəbi” məktəb-liseydə karantin müddəti daha iki həftə uzadılıb.
DM xəbər verir ki, son günlərdə "Ankara məktəbi”nin daha bir neçə müəllim və şagirdinin koronavirusa yoluxması təsdiqini tapdığından Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən karantin müddəti uzadılıb.
Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.
Qeyd edək ki, məktəb oktyabrın 19-da iki həftəlik karantinə bağlanmışdı. Sabah karantin müddəti başa çatmalı idi.