İsrail səfiri Azərbaycan əsilli müğənni ilə bağlı paylaşım etdi
01.11.2021
İsrailin Azərbaycandakı səfiri Corc Dik əslən azərbaycanlı müğənni Camila Kamanın (Kama Kamila) İsraildə yayımlanan "X Factor Israel” musiqi yarışmasında çıxışı ilə bağlı paylaşım edib.
Bu barədə o "Twitter” hesabında yazıb.
"Kama Kamila açılış çıxışında Azərbaycana verdiyi qiymətlə münsifləri heyran etdi”, - deyə o, Kama Kamilanın performansı ilə bağlı Baku.TV-nin linkini paylaşımına əlavə edib.