Əmmanda Zəfər Günü qeyd edilib
01.11.2021
İordaniyada yaşayan həmvətənlərimiz və Azərbaycana dost xalqların nümayəndələri Zəfər Gününü qeyd etmək üçün Əmman şəhərində bir araya gəliblər.
Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının İordaniya üzrə əlaqələndiricisi Zümrüd Dadaşovanın təşəbbüsü ilə baş tutan görüşdə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Həmvətənlərimiz bu möhtəşəm qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan oğullarının şücaəti və xalqımızın birliyi sayəsində əldə edildiyini bildiriblər.
Görüşdə qeyd edilib ki, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar eyni amal və məqsəd uğrunda dəmir yumruq kimi sıx birləşməlidirlər.