Prezident Baş prokurorlara MÜRACİƏT edib
01.11.2021
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciət mətnini Baş prokuror Kamran Əliyev oxuyub.
Müraciətdə erməni vəhşilərinin azad olunan ərazilərdə həyata keçirdikləri vandalizm barədə məlumat verilib.
Qeyd olunub ki, Ermənistan ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibədə Azərbaycana qarşı muzdlu və əcnəbi vətəndaşları döyüşdürüb.
Bildirilib ki, hazırda regionda yeni reallıqlar yaranıb.