PƏNCƏRƏSİZ TƏLƏBƏ YATAQXANASI
01.11.2021
Milyarder Çarli Mungerin ABŞ-ın Santa-Barbara ştatındakı Kaliforniya Universiteti üçün yeni yataqxananın dizaynını və maliyyəsini həyata keçirən pəncərəsiz layihəsi reaksiyaya səbəb olub.
DM HABER GLOBAL-a istinadən xəbər verir ki, Mungerin layihəsinə görə, 11 mərtəbəli, 1,68 milyon kvadratmetrlik binanın 94 faizi pəncərəsiz və 4500 nəfərlik tək otaqlardan ibarətdir.
Munger iddia edir ki, onun dizaynı məkandan səmərəli istifadə etmək məqsədi daşıyır. Yataqxanada bazar, idman zalı və sinif otaqları da daxil olmaqla, düşünə biləcəyiniz hər şey var.