İŞİD terrorçuları “Taliban”a təslim oldular
01.11.2021
Əfqanıstanda İŞİD terror təşkilatı üzvləri kütləvi şəkildə "Taliban” hökumətinə təslim olub.
Hadisə ölkənin Nanqarhar bölgəsində baş verib.
Azı 65 terrorçunun danışıqlar nəticəsində silahı yerə qoyduğu bildirilib.
Bu barədə vilayətin qubernatoru məlumat yayıb.
Məlumata görə, terrorçular əfv olunub. Lakin ictimai asayişi yenidən pozacaqları halda keçmiş İŞİD-çilərin sərt şəkildə cəzalandırılacağı qeyd edilib.