21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İrəvanın İrana xəyanəti

29.10.2021

 Azərbaycan hərbçilərinin işğaldan azad edilən Laçın rayonunun Güləbird kəndindəki məktəbdə tapdıqları "Dənizdən-dənizə böyük Ermənsitan” xəritəsinin görüntüləri sosial şəbəkələrdə yenidən trend olub.

DM xəbər verir ki, xəritədə ermənilərin uzun illərdir Azərbaycanın Qarabağ, Zəngəzur daxil olmaqla Kürdən cənubdakı torpalarına, Türkiyənin Van, Ərzurum, Bitlis, Elazığ, Diyarbəkir, Sivas və Ağrı dağı ərazilərinə, eləcə də, Gürcüstanın Samtsxe və Cavaxeti torpaqlarına əsassız iddiaları yer alıb. Guya bu torpaqlar tarixən ermənilərə aid olub. "Dənizdən dənizə Ermənistan” xülyasını yayan bu xəritənin "tarix dərsliyi”nə salınması uşaqları təcavüzkar ruhda yetişdirməkdir.

Xəritədə ən çox diqqət çəkən daha maraqlı məqam hər zaman Ermənistanın dəstəkçisi və müdafiəçisi olan İrana qarşı da ərazi iddialarının yer almasıdır. Belə ki, xəritədə İranın şimalındakı bir sıra ərazilər Ermənistanın "ərazisinə” daxil edilib.

İşin ən maraqlı tərəfi də odur ki, bu xəritə Ermənistan rəsmi qurumları tərəfindən təsdiqlənib, məktəblərdə erməni uşaqlarına tədris olunur.

Ermənilərin Azərbaycan və Türkiyəyə, hətta Gürcüstana qarşı ərazi iddiaları qaldırmalarına artıq təəccüblənmirik. Lakin xəritədə yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın hər zaman dəstəkçisi olan, ona qardaşlıq edən İrana qarşı ərazi iddialarının yer alması, həm də rəsmi şəkildə bu xəritənin təsdiqlənərək, tədrisə yönəldilməsi mühüm faktdır.

Azərbaycan, Türkiyə və Gürcüstan Ermənistanın qanunsuz iddialarına rəsmi və qeyri-rəsmi formada dəfələrlə cavab verib. Lakin İran nə rəsmi, nə də qeyri-rəsmi şəkildə indiyədək Ermənistana xəbərdarlıq edib. İranda təxminən 500 minə yaxın erməni yaşayır. Hətta, bir neçə il əvvəl İrəvan Dövlət Universitetinin tələbələrinin qarşısında çıxış edəndə "Dünya Əhli-Beyt Qurultayı" təşkilatının sədri, ayətulla Həsən Əhtari "farslarla ermənilərin yaxın, qohum millətlər" olduğunu demişdi. İran rəsmiləri mütəmadi olaraq Ermənistanla əlaqələrin mövcud durumundan razılığını dilə gətirir, iki ölkə arasında tez-tez rəsmi görüşlər keçirilir, siyasi və iqtisadi müqavilələr bağlanır.

Qarabağın işğalı dövründə daha çox gizli, işğaldan sonrakı dövrdə isə açıq şəkildə erməni müdafiəçisi olan İranın erməni tərəfindən rəsmi şəkildə ərazi iddialarına qarşı susmasının səbəbi nədir?

SEPAH komandanının müavini bir müddət öncə "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” deyə sərt bəyanatla çıxış etmişdi. SEPAH üçün Ermənistanın ərazi bütövlüyü "qırmızı xəttidir”, İranın ərazi bütövlüyü "yaşıl xətt”?

İran rəsmi olaraq bircə dəfə Ermənistana niyə nota verməyib? Ərazi bütövlüyünə qəsd edən və bunu övladlarına tədris edən Ermənistan rəhbərliyinə bu sevgi hardandır?