Bakıda vətəndaş polisi vurdu
29.10.2021
Ötən gün axşam saatlarında Bakı Dəmiryol Vağzalında vətəndaşla polis əməkdaşı arasında mübahisə baş verib.
DM unikal.org-a istinadən xəbər verir ki, mübahisə qısa zamanda əlbəyaxa dava ilə nəticələnib. Dava ətrafdakı polis əməkdaşları tərəfindən sakitləşdirilib. Hadisə zamanı vətəndaş polisə yumruq zərbəsi endirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, vətəndaş ictimai asayişi pozduğu üçün polis ona yaxınlaşıb:
"Bu zaman vətəndaş müqavimət göstərib. O, saxlanılaraq Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə aparılıb. Vətəndaş barəsində toplanan materiallar məhkəməyə göndəriləcək”.