21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yeddiqat dünya çempionu olan Güney azərbaycanlı idmançı küçədə siqaret satır

29.10.2021

 Dünya səviyyəli idmançı, yüngül atletika üzrə yeddiqat dünya və Asiya çempionu Səccad Pirayqırçəmən mətbuata müsahibəsində on ildir işsiz olduğunu və bu müddətdə məsul şəxslərin onu iş vədləri ilə aldatdığını deyib.

"Azad İran” "Telegram” kanalı xəbər verir ki, Təbriz şəhərinin Sarı zəmi məhəlləsində ata evində yaşayan, 28 yaşlı eşitmə əngəlli Pirayqırçəmən hazırda səyyar siqaret satıcılığı ilə məşğuldur.

O, iki ay əvvəl eşitmə əngəlli atletlər arasında Polşada keçirilən dünya çempionatında birinci yeri tutaraq qızıl medal qazanıb.

"10 ildir iş vədi ilə məni süründürürlər. Bələdiyyə idarəsinə dəfələrlə yazdığım məktublar nəticəsiz qalıb. Nə ev, nə maşın? nə də başqa bir umacağım yoxdur. Sadəcə işlə təmin olunmaq istəyirəm. Eşitmə əngəlli atamdan məşqlər üçün pul almaqdan utanıram”, - deyə o qeyd edib.