Millət vəkilindən TƏKLİF
29.10.2021
Bu Cümhuriyyət həm də bizim Cümhuriyyətdir. Türkiyə hər zaman bizim yanımızdadır. Yanğınlar zamanı da Azərbaycan Türkiyəyə əlindən gələn dəstəyi verdi. Hesab edirəm ki, bayramlarımızı da birlikdə qeyd etməliyk.
DM xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa MM-in bu gün keçirilən plenar iclasında Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü ilə bağlı deyib.
Deputat daha sonra bildirib ki, ata-anası vəfat etmiş şəhidlər bacı-qardaşlarının himayəsində olublar:
"Bu gün mənzil, aylıq 500 manat müavinət həmin şəhidlərin bacı-qardaşlarına şamil edilmir. Şəhidlərimizi düşünərək, onları himayə etmiş bacı-qardaşlarına da dövlətin diqqət ayırması yaxşı olardı”.