İspaniya lavalarla təhlükə saçan vulkanı bombalayacaq
29.10.2021
İspaniyada Kumbre Vyexa vulkanının qarşısını almaq məqsədilə onun bombalanmasına qərar verilib.
DM xəbər verir ki, İspaniya hökuməti püskürməni dayandırmaq üçün hətta belə kəskin tədbirlərlərə əl atmaq məcburiyyətində qalıb.
Yerli rəsmilər bildirib ki, kraterə bomba atmaqla, lavaların düzgün istiqamətdə axmasına nail olmaq olar.
Qeyd edək ki, son zamanlar La Palma adasında yüzlərlə yeraltı təkan qeydə alınıb, ötən gün də yenidən güclü zəlzələ baş verib.
Onu da deyək ki, sözügedən vulkan 2 aya yaxındır ki, durmadan püskürməkdə davam edir. Artıq ərazidə olan bütün tikililər, meşə zolaqları külə çevrilib.