Mikayıl Cabbarovdan Türkiyəyə TƏBRİK
29.10.2021
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib.
DM xəbər verir ki, nazir təbrik mətnini rəsmi "Twitter" səhifəsində paylaşıb.
"Beynəlxalq münasibətlər sistemində nümunəvi model olan Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımızın dinamik inkişafına stimul verən mühüm amildir. Qardaş Türkiyə xalqını Cümhuriyyət Günü münasibətilə təbrik edir, əmin-amanlıq və davamlı tərəqqi arzulayırıq", - Mikayıl Cabbarov qeyd edib.