Fransada dövlət çevrilişinə cəhd edildi
28.10.2021
Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi oktyabrın sonlarında şübhəli bilinərək saxlanılan "Demokratik Hərəkat" Partiyasından olan sabiq deputat Remi Daye və onun tərəfdarlarının planlaşdırdığı dövlət çevrilişinin qarşısını alıb.
DM yerli fransız mətbuatına istinadən xəbər verir ki, Dayenin əlaqələrini araşdıran müstəntiqlər onun ölkə daxilində geniş şəbəkəsi olan terror icması yaratdığını aşkar ediblər. Təşkilat bəziləri hazırkı və ehtiyatda olan polis əməkdaşları, jandarm və hərbçilərdən ibarət olub.
Müstəntiqlər dövlət çevrilişi hazırlayan qrupun üzvləri arasında yazışmaların analizinin nəticələrinə görə, hər biri öz regionuna cavabdeh olan azı 36 "kapitan" müəyyən ediblər.