Məleykə Abbaszadə özəl kursları tənqid etdi
28.10.2021
"Bu gün kifayət qədər kurslar sınaq imtahanları aparırlar. Amma biz o imtahanların nəticələrinə cavabdeh deyilik”.
DM-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, kursların təşkil etdiyi imtahanların nəticələri real biliyi əks etdirmir:
"DİM tərəfindən açıq sualları imtahanlara təklif edirik, onun nəticələrini də ekspertlərimiz təhlil edir. Amma özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”.
O qeyd edib ki, kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində nə etmək lazım olduğu vərdişlərini əldə edirlər: