Tramp özünü məhv edir - SENATOR DANIŞDI
20.08.2018
Donald Trampın strateji planının olduğunu düşünmürəm.
"Dövran Media" xəbər verir ki, bunu amerikalı senator Cek Rid Tramp administrasiyasının müxtəlif ölkələrə tətbiq etdiyi sanksiyalarla bağlı açıqlamasında deyib.
"Onun etdikləri özünə hücumdan başqa bir şey deyil. Başda müttəfiq Kanada olmaqla, bir sıra ölkələrə tətbiq edilən sanksiya və məhdudiyyətlər anlamsızdır. Sanksiyalarla təhdid etmək yerinə, istədiyini açıq şəkildə ifadə etsə, daha yaxşı olar”, - deyə senator bildirib.