SOCAR tələbələrin ingilis dili təlimlərini maliyyələşdirəcək
28.10.2021
SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşları ilə "British Council” arasında Azərbaycanda təhsilin keyfiyyətini davamlı olaraq daha da yüksəltmək, istedadlı magistratura tələbələrinin müasir elmi ədəbiyyata birbaşa çıxışını təmin etmək məqsədilə SABAH magistratura qruplarında təhsil alan tələbələrin ingilis dili bacarıqlarının təkmilləşdirilməsi layihəsinin maliyyələşdirilməsinə dair imzalanma mərasimi keçirilib.
Dövlət Neft Şirkətindən verilən məlumata əsasən, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, eləcə də layihəyə qoşulan universitetlərin rektorları iştirak ediblər.
Sənədi "SOCAR Midstream” şirkətinin icraçı direktoru Fuad Əhmədov və "British Council”un Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo imzalayıblar.