21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Güney Azərbaycan şəhərlərində məhkəmə işçiləri aksiya keçirib

28.10.2021

 Güney Azərbaycanın Həmədan və Zəncan şəhərlərində, həmçinin Qərbi Azərbaycan əyalətləri və İranın bir neçə digər şəhərində məhkəmə orqanlarının əməkdaşları etiraz aksiyası keçiriblər.

Məhkəmə binalarının qarşısına toplaşan narazı məhkəmə işçiləri hökumətdən əməkhaqlarının artırılmasını və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Onlar qaldırdıqları sosial tələblərə hökumət tərəfindən biganə münasibət sərgilənməsinə etiraz ediblər.

Məhkəmə işçiləri aksiya zamanı bildiriblər ki, ölkədə hökm sürən inflyasiya ilə aldıqları əməkhaqqı arasında mütənasiblik yoxdur.

Məhkəmə işçiləri mövcud sosial durumdan narazılıqlarını ifadə ediblər.

Narazı aksiya iştirakçıları həbsxana işçilərinə daha çox diqqət göstərildiyi, xüsusi imtiyazlar tanındığı halda, bunun onlara şamil edilmədiyini deyib, hüquqlarının təmin edilməsini istəyiblər.

Etirazçılar bunu ayrı-seçkilik kimi dəyərləndirib, bunun aradan qaldırılmasını tələb ediblər.