“10 ölkənin səfiri səhvlərini başa düşdü" - Çavuşoğlu
28.10.2021
ABŞ və digər 9 ölkənin səfirlərinin Osman Kavala ilə bağlı açıqlaması qəbuledilməzdir.
DM-in xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN "Türk” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsində hər şey açıq sürətdə yazılıb: "Diplomatlar çalışdıqları ölkələrin daxili işlərinə qarışa bilməzlər”.
XİN rəhbəri xatırladıb ki, Türkiyə Prezidenti ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirlərinin ölkədən çıxarılması üçün təlimat verib. Nazir əlavə edib ki, Prezidentin təlimatı əsasında 10 səfirin ölkədən çıxarılması üçün müvafiq çalışma aparılıb.
M. Çavuşoğlu qeyd edib ki, adıçəkilən ölkələrin səfirləri öz səhvlərini başa düşüblər.
Nazir ABŞ səfirinin Osman Kavala ilə bağlı açıqlamasının arxasında Prezident Co Baydenin dayanması məsələsinə də münasibət bildirib.
"Bizim əlimizdəki məlumata görə, ABŞ səfirinin məlum açıqlamasının arxasında Co Bayden dayanmayıb”, - M. Çavuşoğlu vurğulayıb.