İranla nüvə danışıqları bu tarixdə başlayır – Bagiri
28.10.2021
İranla nüvə sazişinə qayıtmaqla bağlı danışıqlar noyabrın sonunda başlayacaq.
DM xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Əli Bagiri Kani Tvitter səhifəsində yazıb.
"Mənim AB rəhbərinin xarici siyasət üzrə müavini Enrike Mora ilə uğurlu danışıqların vacib elementləri haqda çox ciddi və konstruktiv müzakirəm oldu. Biz razılaşdıq ki, nüvə danışıqlarını noyabrın sonunda Vyanada bərpa edək”, - o qeyd edib.