Türkiyədə Azərbaycan Prezidentini təhqir edən telekanala cəza verildi
28.10.2021
Türkiyənin Ali Radio və Televiziya Şurası Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının müraciəti əsasında "Kudüs” TV-də yayımlanan "Üçüncü Göz” proqramını araşdırıb.
Bu barədə "Milliyyet” məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin efirdə təhqir olunmasının müəyyən edilməsindən sonra kanal cərimə edilib.