21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu virus orqanizmdə bütün toxumaları zədələyir

27.10.2021


Yeni növ koronavirus (COVID-19) xəstəliyi yalnız tənəffüs yollarının infeksiyası deyil. Aparılan araşdırmalar göstərir ki, koronavirusa yoluxanların böyük qismində digər orqanlar da zədələnir. Virusun sinir hüceyrələrinə təsiri hələ tam öyrənilməyib, amma dad və iybilmənin itməsi COVID-19-un əsas əlamətləri hesab olunur.

AZƏRTAC xəbər verir ki, həkim-infeksionist Ramin Nərimanın dediyinə görə, bu infeksiya təkcə ağciyərləri zədələməklə kifayətlənmir, tədricən digər orqanlara da sirayət edə bilir: "Ümumiyyətlə, COVID-19-un zədələmədiyi orqan yoxdur. Xəstəliyin ən çox zəiflətdiyi həyati vacib orqan ağciyərdir. Koronavirusun son ştamlarında daha çox həzm traktı, qaraciyər və mədə-bağırsağın zədələnməsi də müşahidə olunur. Xəstələrin sinir sistemi, ağciyər, böyrək, qaraciyər və mədə-bağırsağı da zədələnə bilir”.

Bundan başqa, virus birbaşa beynin də fəaliyyətinə təsir edir. COVID-19-a yoluxduqdan sonra immunitet daha çox zəifləyir. Ürəkbulanma, qidadan imtina halları yaranır və bu da xəstəliklə mübarizəni çətinləşdirir.

"Orqanizmdə elə bir toxuma yoxdur ki, orda damar olmasın. Hətta sümük toxumasında da damarlar var. COVID-19 damar olan istənilən toxumanı zədələyir. Koronavirusun kəskin kritik dövrü xəstələnəndən sonrakı iki həftədir. Ondan sonrakı dövrdə xəstəliyin kliniki əlamətləri geriyə çəkilir. Xəstələnən orqan və toxumaların demək olar ki, hamısı tədricən bərpa olunur. Ən çox ağciyərin "buzlu şüşə” kimi tanınan zədələnməsi iki-üç ay və daha çox qala bilər. Lakin tədricən heç bir müalicə tələb etmədən keçib gedir. Digər orqanlarda olan zədələnmələr də tədricən bərpa olunur”,- deyə həkim-infeksionist bildirib.

Nevroloji pozuntular isə əsasən ağır xəstələrdə müşahidə olunur və bəzən bu əlamətlər sağalandan sonra da qalır. Tədqiqatlar nəticəsində virusun ayrı-ayrı insanlara bu qədər fərqli təsir etməsinin səbəbi genetik faktorlardan, yəni irsi xüsusiyyətlərdən də asılı olduğu qənaətinə gəlinib.

Həkim-infeksionist son günlər artan yoluxma saylarını və yeni, daha yoluxucu ştamın bir qonşu ölkələrdə yayılmasını nəzərə alaraq vətəndaşları qaydalara əməl etməyə və vaksinasiyada aktiv iştiraka səsləyib. O, Səhiyyə Nazirliyinin tövsiyəsinə əsasən, xüsusilə iki doza peyvəndləmədən 6 ay keçən vətəndaşları buster dozanı vurdurmağa çağırıb.