21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əlillərə əmək pensiyası təyinatı bu QAYDADA aparılır

27.10.2021

Əlilliyi olan şəxslərə əmək pensiyasının təyinatı "Əlillik haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapıb.


DM xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov "Sosial saat” verilişində qonaq olarkən deyib.

Onun sözlərinə görə, qanuna müvafiq olaraq I qrup əlillərlə II və III qrup əlillərin əmək pensiyası təyinatında müəyyən fərq var:

"Belə ki, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. I qrup əlillərdən sığorta kapitalı tələb edilmir.

II və III qrup əlillərə isə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, həmçinin sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir”.