Almaniya: Türkiyəyə kömək etməliyik, yoxsa...
20.08.2018
Almaniyanın İqtisadiyyat Nazirliyi bazar ertəsi açıqladığı aylıq hesabatında türk lirəsindəki dəyər itkisinin Almaniya iqtisadiyyatına risk təşkil etdiyini açıqlayıb.
Almaniya iqtisadiyyatı üçün ən böyük risklər kimi ABŞ-ın liderliyi ilə başlayan ticarət müharibələri və İngiltərənin Avropa İttifaqından bir razılığa gəlmədən çıxması göstərilib.
Hesabatda "Türkiyədəki iqtisadi dəyişikliklər yeni və xarici iqtisadi risk təşkil edir" ifadəsi işlədilib.
Almaniya Türkiyənin ikinci ən böyük xarici investorudur.
İlin əvvəlindən bu yana ABŞ dollarına nisbətdə 40 faiz dəyər itirən türk lirəsindəki enmə ABŞ ilə münasibətlərin gərginləşməsindən sonra sürətlənmişib.
Hesabatda bu risklərə baxmayaraq Almaniya iqtisadiyyatının yaxşı vəziyyətdə olduğu vurğulanıb.
Bloomberg-in xəbərinə görə, iqtidar tərəfdaşı olan Almaniya Sosial Demokrat Partiyasının lideri Andrea Nahles müsahibəsində, ehtiyac olarsa Almaniyanın Türkiyəyə kömək etməli olduğunu deyib.
Funke Mediengruppe qəzetində dərc olunan reportajında Andrea Nahles, "Prezident Erdoğan ilə siyasi anlaşılmazlıqlara baxmayaraq elə vəziyyətin yaranması halında Almaniya Türkiyəyə kömək etməlidir" deyib.
Xanım Nahler Türkiyədə iqtisadi sabitliyin olmasının və məzənnə çalxalanmasının durulmasının hərkəsin xeyrinə olduğunu vurğulayıb. (BBC Azərbaycanca)