"Rusiya NATO-ya daxil olmalıdır"
25.10.2021
"Yeni dünya şərtləri NATO-nun yenilənməsini tələb edir".
DM xəbər verir ki, bu iddia ilə türkiyəli jurnalist Məhməd Barlas "Sabah” qəzetində çıxış edib. Onun sözlərinə görə, NATO-ya ilk növbədə Rusiya üzv olmalıdır:
"Bütün bunlar utopiya görünə bilər, amma bu gün xüsusilə NATO-çu Avropa Rusiya enerjisi hesabına yaşayır. Rusiya terrorizmlə mübarizədə bütün NATO ölkələrindən aktivdir. Ümid edirəm ki, yekunda mənim arzularım yerinə yetəcək və Rusiyanın da daxil olduğu NATO peyda olacaq”.