İsrail son 3 ayda nə qədər fələstinlini həbs edib?
25.10.2021
Fələstinli Məhbuslar Komitəsi, Zamir Əsirləri Müdafiə Agentliyi və Wadi Hilve Məlumat Mərkəzi tərəfindən birgə hazırlanan hesabatda İsrail hərbi qüvvələrinin son 3 ayda Qərb Şəriyəsi və Şərqi Qüds əməliyyatları ilə bağlı məlumatları yer alıb.
DM xəbər verir ki, hesabatda İsrail qüvvələrinin son 3 ayda saxladığı 1282 nəfərdən 525-nin Şərqi Qüdsdən olduğu bildirilib.
Bildirilib ki, saxlanılanlardan 160-nın yaşı 18 yaşdan aşağı olub. Saxlanılanlar arasında 37 qadının da olduğu vurğulanıb.
Hesabata görə, İsrail həbsxanalarındakı fələstinli məhbusların sayı təqribən 4600 nəfərdir.