12 04 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Diplomunu 105 yaşında alan amerikalı

20.08.2018

ABŞ-da təqaüdə çıxmış 105 yaşlı keçmiş hərbçi Bill Voqt 1935-ci ildə ala bilmədiyi diplomunu 83 ildən sonra əldə edib.
"Dövran Media" xəbər verir ki, Bill Voqt İkinci Dünya və Koreya müharibələrində ABŞ donanmasında xidmət edib. Sonra bir müddət Pentaqonda işləyib və oradan da təqaüdə çıxıb.
B.Voqt üçün San Dieqo Universitetinin şəhərciyində xüsusi mərasim təşkil edilib. Universitetin nümayəndələri onun həmin dövrdən indiyə qədər sağ qalan yeganə hərbçi olduğunu bildiriblər.
105 yaşlı keçmiş hərbçi 1931-ci ildə ali məktəbə daxil olsa da, məzun olduqdan sonra iş axtardığı üçün buraxılış mərasimində iştirak etməyib və buna görə də o, diplom ala bilməyib.