Talibanı tanımayacağıq - Türki bin Feysəl
22.10.2021
Səudiyyə Ərəbistanı şahzadəsi Türki bin Feysəl 1990-cı illərdən fərqli olaraq ölkəsinin Talibanı Əfqanıstanın qanuni rəhbərliyi kimi tanımayacağını bildirib.
DM xəbər verir ki, bu barədə şahzadə BBC-yə açıqlamasında deyib.
"Səudiyyə Ərəbistanı hazırda Talibanı tanımaq barədə düşünmür və buna səbəb Talibanın Əl-Qaidə ilə əlaqələridir”, - şahzadə bildirib.
Türki bin Feysəl bildirib ki, Səudiyyə Ərəbistanının keçmiş lideri Kral Abdullanın hakimiyyəti (2005-2015) dövründə ölkə Talibanla Kabil hökuməti arasında vasitəçilik etmək istəyib, Talibana Əl-Qaidə ilə əlaqələri kəsmək təklif edilib, lakin Taliban bunu qəbul etməyib.