Hesabları bloklanan Tramp özü sosial media yaradır
22.10.2021
Keçən aylarda keçirilən prezident seçkilərində məğlub olan keçmiş ABŞ prezidenti Donald Trampa o vaxtki yazılarına görə sosial media nəhəngləri tərəfindən veto qoyulmuşdu.
Sosial media hesabları bağlanan Tramp öz sosial media tətbiqini aktivləşdirmək üçün işə başlayıb.
Trampın gələn ay istifadəyə veriləcək "TRUTH Social” proqramı "Trump Media və Technology Group” və bu məqsədlə alınan bir şirkətin birləşməsi ilə yaradılacaq.
Yeni şirkətin hər kəsə fikirlərini bölüşmək imkanı vermək üçün qurulduğunu vurğulayan Tramp bldirib ki, "Tezliklə "TRUTH Social” haqqında fikirlərimi ifadə edə biləcəyim və böyük texnologiya şirkətləri ilə mübarizə apardığım üçün çox həyəcanlıyam”.
"TRUTH Social”ın gələn ay "seçilmiş dəvətlilərlə” başlayacağı və 2022-ci ilin birinci rübündə istifadəçilərlə görüşəcəyi planlaşdırılır.