Polis qadın ac körpəyə süd verdi
19.08.2018
Argentinanın paytaxtı Buenos Ayresdə uşaq xəstəxanasında işləyən qadın polis Keleste Ayala xəstəxanaya gətirilən körpəyə süd verib.
"Dövran Media" bildirir ki, o, xəstəxana rəhbərliyindən icazə aldıqdan sonra bu xeyirxah əməli həyata keçirib.
Özü yeni ana olan Ayala körpənin aclıqdan ağladığını bildikdən sonra onu əmizdirərək sakitləşdirib.
O, bu vaxt çəkilən fotonun sosial şəbəkədə yayılması ilə polis qadın qəhrəmana çevrilib.
Körpənin 6 uşaqlı bir ananın ən kiçik uşağı olduğu və baxımsızlığa görə ac qaldığı bildirilib.