Bağdadi Afrikaya qaçıb
01.02.2018
İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadinin Afrikaya qaçdığı iddia edilib.
Bağdadi ətrafına 6 min terrorçu yığaraq, yenidən güclənmək niyyətindədir.
Məlumatlara görə, İŞİD terror təşkilatının bütün komandirləri ya yaralı halda ələ keçib, ya da öldürülüb. Bu səbəbdən Bağdadi təhlükəsiz yer kimi Afrika ölkələrini seçib.
İngiltərənin "Sun” qəzeti Bağdadinin hazırda ya Niger – Əlcəzair sərhədində, ya da Çadda gizləndiyi iddiasını irəli sürüb.
DM