Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək
21.10.2021
Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Qanuna dəyişikliklə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilib.