Canəli Əkbərov komaya düşdü
21.10.2021
"Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb”.
Bunu "Report”a açıqlamasında sənətçinin oğlu Sabir Əkbərov deyib.
"Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır”, - deyə o bildirib.