İrandan Türkiyə açıqlaması
21.10.2021
Sui-qəsdçilərin İranla Türkiyə arasındakı münasibətlərdə problemlər yaratmasına icazə verməyəcəyik.
DM xəbər verir ki, bunu İran daxili işlər naziri Əhməd Vahidi deyib.
"İran və Türkiyə strateji əlaqələri genişləndirmək üçün iradə nümayiş etdirdilər. Bu, dost ölkə Türkiyə ilə əlaqələrin dərinləşməsi üçün yaxşı başlanğıcdır”, - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə daxili işlər naziri Süleyman Soylu İranda səfərdədir.