Azərbaycan Xorvatiyadan minatəmizləmə avadanlıqları alıb
20.10.2021
"Məmnunluq hissi ilə onu qeyd etmək istəyərdim ki, artıq Xorvatiya Respublikası ilə minatəmizləmə sahəsində əməli işlər həyata keçirilir”.
"Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Xorvatiyadan müvafiq avadanlıqlar sifariş edilir və onlar Azərbaycana çatdırılır. Bu sahədə mövcud təcrübələrdən faydalanmaq məsələləri ilə bağlı fikir mübadiləsi həyata keçirdik”, - o bildirib.