Ankarada partlayış oldu
20.10.2021
Türkiyənin paytaxt şəhəri Ankarada Mineral Araşdırma və Kəşfiyyat Baş İdarəsinin obyektində partlayış olub.
DM haberler.com-a istinadən xəbər verir ki, ilkin ehtimallara görə, partlayışın təbii qaz borusunda sızma nəticəsində baş verdiyi ehtimal olunur.
Məlumata əsasən, partlayışdan sonra yanğın başlayıb. Hazırda hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin yanğınla mübarizəsi davam edir.