Əliyevadan keçmiş məcburi köçkünlərlə bağlı paylaşım
20.10.2021
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Füzulidən olan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib.
DM xəbər verir ki, M.Əliyeva bu barədə rəsmi İnstaqram hesabında yazıb.
"Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüş. Doğma torpaqlara qayıdışınızın həyəcanını və sevincini səmimi-qəlbdən sizinlə bölüşürəm!”, - paylaşımda qeyd olunub.