"Paşinyanın pərdə arxası qərarları Ermənistanı çökdürəcək" - Aşotyan
20.10.2021
Ermənistanın sabiq təhsil naziri, "Respublikaçı”lar partiyasının sədr müavini Armen Aşotyan sensasion açıqlamaları ilə yenidən gündəm yaradıb.
DM xəbər verir ki, o, Nikol Paşinyanın erməniləri sakitləşdirmək üçün yalan vədlər verdiyini və həqiqətləri onlardan gizlətdiyini vurğulayıb.
"Nikol erməni xalqından təkcə daxili həyatı, müharibədən sonrakı müharibə itkiləri haqqında məlumatları deyil, həm də xarici dünyada və bölgədə baş verən son hadisələr kontekstində prosesləri gizlətməyə davam edir
Aşotyan, "Ermənistan 3+3 ətrafında gedən proseslərdə iştirak etmək üçün hansı şərtlərlə razı olmasını xəbərini belə bizlərdən gizli saxlayır. Ümumiyyətlə, Paşinyanın gizlilik siyasəti - pərdə arxası gələcəyimizlə, erməni xalqı ilə bağlı qərarları həm kapitulyasiyaya, həm də iqtisadi çöküşə səbəb olacaq", - deyə bildirib.