Suriyada terror aktı baş verdi
20.10.2021
Suriyada hərbçiləri daşıyan avtobus paytaxt Dəməşqdəki Prezident körpüsündə quraşdırılmış minaya düşüb.
DM "SANA” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 14 hərbçi həlak olub, daha 3 nəfər yaralanıb.
Partlayıcı qurğuların terrorçular tərəfindən işə salındığı bildirilir. Hadisə yerinə gələn minaaxtaranlar yaxınlıqda daha bir partlayıcı qurğu aşkar edərək zərərsizləşdiriblər.