Sergey Lavrov Ermənistanda rus məktəbləri açmaq istəyir
19.10.2021
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda rus məktəbləri açmaq niyyətindədir.
DM xəbər verir ki, bu da yerli xalqın etirazına səbəb olub. Onlar bildirib ki, əvvəlki hökumətin dövründə insanlar xaricidilli məktəblərin yenidən açılmasının əleyhinə çıxırdısa, indiki dövrdə Lavrovun fikirlərinə 3 gündür ki, adekvat cavab verilmir.
Qeyd olunub ki, səlahiyyətlilər də ölkədə rus məktəblərinin açılmasında maraqlıdır.
Ölkənin "Azadlıq Qəzeti" xəbər yayıb ki, bu gün Rusiya, Ermənistandakı müstəmləkəçilik siyasətini genişləndirməyə çalışır.
Hətta bunun üçün Ermənistanda "Xarici dil məktəblərinin yenidən açılmasının əleyhinəyik" adlı təşəbbüs də yaradılıb.