Kreml: Ukraynanın NATO-ya üzvlüyü qırmızı xəttdir
18.10.2021
Ukraynanın NATO-ya üzvlüyü neqativ ssenaridir.
DM xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Ukraynanın NATO-ya üzvlüyünün Rusiyanın milli maraqlarında qırmızı xətt olduğunu bildirib:
"Ukraynanın NATO-ya üzvlüyü pis ssenaridir. Bu ssenari Rusiyanın milli maraqlarında qırmızı xəttdir. Bu ssenari Rusiyanı öz təhlükəsizliyinin təmini üçün aktiv tədbirlər görməyə məcbur edə bilər”.