Hindistanda təbii fəlakət qurbanlarının sayı artdı
18.10.2021
Ötən şənbə axşamından etibarən Hindistanın cənubunda güclü musson yağışlarının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Ölümlərin çoxu Hindistanın cənub-qərbindəki Kerala ştatında qeydə alınıb: 23 nəfər. Daha üç ölüm faktı isə cənubdakı Tamilnad ştatında olub.
Xilasetmə işlərinə hərbi helikopterlər, quru qoşunları və donanmalar da cəlb edilib.
Daha iki nəfərin itkin düşdüyü bildirilir.
Hindistan Meteorologiya Departamenti yağışların bu həftənin ortalarından etibarən azalmağa başlayacağını gözləyir.