Türkiyə səfiri xalqımızı Şəhriyarın şeiri ilə təbrik etdi
18.10.2021
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı xalqımızı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Türkiyəli səfir bu barədə "Twitter” hesabında paylaşım edib.
"Qardaş Azərbaycanın müstəqilliyinin yenidən qazanılmasının 30-cu ilini ürəkdən təbrik edirik. Müstəqilliyiniz və qardaşlığımız əbədi olsun”, - deyə Cahid Bağcı bildirib.
Türkiyəli səfir həmçinin M.Şəhriyarın şeirindən bir hissəni də paylaşımına əlavə edib:
"Könlüm quşu qanad çalmaz,
Sənsiz bir an, Azərbaycan”.