21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Lukaşenko hökumətdə “təmizlik” işləri aparır

18.08.2018

Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin tərkibini yeniləyib.
"Dövran Media" xəbərinə görə, bu barədə məlumat dövlət başçısının rəsmi saytında yerləşdirilib.
Belarus lideri bəyan edib ki, baş nazir vəzifəsinə İnkişaf Bankının rəhbəri Sergey Ruması təyin edib.
Rumasın birinci müavini Nazirlər Şurası Aparatının rəisi Aleksandr Turçin olub. İqor Lyaşenko, Vladimir Kuxarev və Belarusun Rusiyadakı keçmiş səfiri İqor Petrişenko baş nazirin köməkçiləri postuna təyinat alıblar.
Bundan əlavə bir neçə nazirliyə və Dövlət Hərbi-Sənaye Komitəsinə yeni rəhbərlər təyin edilib.
"Mən Orşda qərar qəbul edəndə, bir çoxları bunu kortəbii qərar kimi qəbul etdi. Bəziləri hökümətin belə sərt tənqid eilməsini lazımsız saydı. Məsələnin təkcə Orşda olmadığını nəzərinizə çatdırıram. Bu səbr kasasını dolduran son damla idi”, - BELTA agentliyi prezidentin sözlərini sitat gətiri.
Qeyd edək ki, Belarusda hökumət böhranı artıq bir həftədir ki davam edir. Avqustun 13-də Vitebsk vilayətinin Orşanski rayonuna səfər edən prezident burada regionun inkişafına dair görülən işlərdən narazı qalıb. Lukaşenko höküməti sərt tənqid edib və iki naziri işdən çıxarıb.