Bill Klinton xəstəxanadan çıxdı
18.10.2021
ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanadan evə yazılıb.
Bu barədə onun nümayəndəsi Anhel Urenye məlumat verib.
O, özünün "Twitter” səhifəsində eks-prezidentin müalicə aldığı "UC Irvine” tibb mərkəzinin bəyanatını paylaşıb.
Bəyanatda bildirilib ki, Klintonun hərarəti və qanında leykositlərin səviyyəsi normallaşıb. O, Nyu-Yorkdakı evinə qayıdaraq antibiotiklərlə müalicəsini davam etdirəcək.
Qeyd edək ki, keçmiş dövlət başçısı infeksion xəstəlik səbəbindən xəstəxanaya yatırılımışdı.