Ermənilər qaçılmaz sonu nəhayət anladı: Qarabağ separatçılardan təmizlənir
15.10.2021
Qarabağda yaşayan ermənilər regionu sürətlə tərk edir. Yüksək templə davam edən köç artıq erməni mətbuatının da əsas gündəm mövzularından birinə çevrilib.
Məsələn, "Hraparak” qəzeti Qarabağdan ermənilərin emiqrasiya tempinin hətta Rusiya hökuməti və sülhməramlılar arasında da narahatlıqla qarşılandığını iddia edir. Sözügedən məsələnin kimləri narahat etməsi o qədər də önəmli deyil. Burada əsas məqam artıq regiondakı yeni reallıqların Qarabağdakı ermənilər tərəfindən də dərk edilməsidir. İrəvanda bir sıra dairələr revanşist fikirlər səsləndirməyə davam etsələr də, hadisələrin mərkəzində dayanan Qarabağdakı ermənilər real mənzərəni düzgün qiymətləndirməyə başlayıblar.
Ermənilərin sürətlə Qarabağı tərk etməsini həmçinin digər faktlar da təsdiqləyir. Belə ki, Ermənistanın daşınmaz əmlak saytları artıq Qarabağda yaşayan ermənilərin elanları ilə dolub-daşır. Hər gün onlarla elanın yerləşdirildiyi saytlarda diqqətçəkən bir məqam da ermənilərin evlərini əşyaları ilə birlikdə satmaq istəyidir. Bu fakt özlüyündə ermənilərin mümkün qədər tez bir zamanda Qarabağdan qaçmaq istədiklərini göstərir. İllərlə xəstə düşüncə və mənfur təbliğatlarla zəhərlənən şüurları onları vadar edir ki, tez aradan çıxsınlar. Çünki onların bir çoxu sülh və əmin-amanlıq içərisində yaşamaq üçün həddən artıq şovinist və faşist zehniyyətə sahib olduqlarını da anlayırlar.
Ermənilərin Qarabağdan "böyük köçü”nün könüllü əsasda olmasının altında da məhz tarixi həqiqətlər, ermənilərin şüuruna həkk olunmuş ifrat düşmənçilik yatır. Çünki ermənilər hər nə qədər etiraf etməsələr də, çox gözəl anlayırlar ki, bu torpaqlarla onları birləşdirən heç nə yoxdur. Onsuz da illər əvvəl silah zoru ilə doğma torpaqlarından qovulan azərbaycanlıların evlərində yaşayan ermənilər, indi ev sahiblərinin geri qayıtdığını da görürlər.
Onlar bu torpaqlara aid deyildilər, burada yaşamaq üçün yeganə səbəbləri azərbaycanlılara qarşı duyduqları kin və nifrətin onlara zövq verməsi idi. Azərbaycan ordusu döyüş meydanında qazandığı tarixi qələbə ilə bir çox erməni mifləri kimi həm də onları bu zövqdən məhrum etdi. Ruhlarını Azərbaycana qarşı iyrənc bir şovinizmlə bəsləyənlər, Azərbaycan xalqının başına açdıqları bəlalara görə uzun illər öz çirkin varlıqlarını məmnun salan ermənilər, bu gün anlayırlar ki, burada xoşbəxt və rifah içində yaşayan azərbaycanlıları görmək onlara ən ağır cəza olacaq. Ermənilərin sürətlə regionu tərk etməsinin səbəbləri sırasında məhz bu amili də gözardı etmək olmaz.
Hər halda ermənilərin bu qaçışını onlar tərəfindən tarixən verilən qərarlar arasında ən məntiqli və düzgün olduğunu da haqlı olaraq deyə bilərik. Çünki bir çoxunun əlində azərbaycanlı qanı olan ermənilər gec-tez ədalət qarşısında cavab verəcəyini də dərk edə bilir. Ədalətin bərqərar olduğu bir mühitdə əliqanlı qatillərin rahat yaşaması, cəzalandırılmaması mümkün deyil.
Azərbaycan dövləti artıq Qarabağda yaşayan erməni vətəndaşlarının da rifahı və sülh içində yaşaması üçün istənilən təminatı verəcəyini dəfələrlə açıqlayıb. Ancaq Ermənistandan fərqli olaraq beynəlxalq ictimaiyyət tərəfindən qlobal miqyasda hər zaman öz sözünün ağası olan, vədlərini hər zaman yerinə yetirən Azərbaycan dövlətinə inanmaq əvəzinə ermənilər qaçmağı seçirlərsə, bu, onların öz əməllərindən xəbərdar olduğunu göstərir. Cəzalanmaqdan qorxanlar, Azərbaycanın qələbəsini həzm edə bilməyənlər, bir vaxtlar doğma torpaqlarından qovulmuş azərbaycanlıların evlərində məskunlaşdırılanlar bu gün qaçırsa, demək regionumuz separatçılardan təmizlənir.
Separatçılar anlayırlar ki, Azərbaycan dövləti üçün münaqişə artıq başa çatıb. Qarabağda, hətta onun 3-5 evlik kəndində belə separatçılar üçün ən kiçik bir ümid belə qalmayıb. Bura Azərbaycan torpaqlarıdır və qüdrətli Azərbaycan dövləti öz ərazi bütövlüyünü tam bərpa edib. Bu məsələdə nə Azərbaycan dövləti, nə də xalqı zərrə qədər güzəştə getməyəcək.
Bu o deməkdir ki, artıq regionda erməni terroruna, separatizminə, özbaşınalığına yer qalmayıb. Ermənilərin burada yaşamağa davam etməsinin yeganə şərti Azərbaycan vətəndaşı olmaları barədə həqiqəti təsdiq etmələridir. Bu həqiqəti qəbul etməyənlər, revanşist hislərlə yaşayanlar və separatçıların aqibəti isə göz qarşısındadır. Onlar artıq aciz şəkildə başlarını aşağı salıb, gəldikləri kimi tərk edirlər Azərbaycanın tarixi, əbədi və əzəli torpaqlarını...
Orxan Tağıyev