21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Baş nazir vəzifəsindən istefa verən Kurz yeni işinə başladı

14.10.2021

 Haqqında korrupsiya istintaqının başladığı Avstriya Xalq Partiyasının (ÖVP) sədri və keçmiş baş nazir Sebastian Kurz Parlamentdə and içərək deputat vəzifəsinə başlayıb. 

DM xəbər verir ki,  Kurz and içmədən əvvəl etdiyi açıqlamada, həm partiya parlamenti sədri vəzifələrini davam etdirəcəyini, həm də hökuməti dəstəkləmək üçün çalışacağını söyləyib. 

Həmçinin sabiq baş nazir, müxalifətin ona qarşı irəli sürdüyü "kölgə baş nazir" ittihamına da qarşı çıxıb. 

Rüşvət, korrupsiya və etimadsızlıq ittihamı ilə barəsində açılan istintaqdakı iddiaları bir daha inkar edən Kurz, günahsızlığını ortaya çıxarmaq üçün çalışdığını  bildirib.